Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü illər mövsümündə iştirak edəcək son iki klubun loqoları və adları müəyyənləşib.
Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu basketbol klubları, Bakını təmsil edəcək "Xəzri" və Sumqayıt şəhərinin eyniadlı komandası "Sumqayıt" kollektividir.
Bu klublarla yanaşı, daha səkkiz kollektiv də ölkə çempionatında mübarizə aparacaq. Onlar "Sabah", "Sərhədçi", "Şəki", NTD, "Cəlilabad", "Neftçi", "Xırdalan", "Gəncə" komandalarıdır.
saytlarin hazirlanmasi