Braziliyalılar "Fənərbaxça"nın futbolçusunu göndərəcək

14:31 - 28 Sentyabr 2023

"Qremio" mövsümün əvvəlində "Fənərbaxça"dan icarəyə götürdüyü Joao Pedronun oyunundan məmnun deyil.

Sportal.az xəbər verir ki, braziliyalı əsilli italiyalı hücumçu ölkəsində özünü doğrulda bilməyib. Braziliya klubu 31 yaşlı forvard üçün 3,5 milyon avroluq təzminatı ödəməyəcək.

İtaliyalı millisinin üzvünün qışda Türkiyə klubuna qayıdacağı gözlənilir.

Qeyd edək ki, Joao Pedro "Qremio"nun heyətində meydana çıxdığı 8 matçda 456 dəqiqə meydanda olub. O, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti