Millimizin üzvünün komanda yoldaşı girov qalıb

15:19 - 30 Sentyabr 2023

Türkiyə I Liqasında mübarizə aparan "Tuzlaspor" klubu maraqlı açıqlama paylaşıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçusu Filip Qameli Avukunun girov qaldığını bildirib.

Qana milli komandasının oyunu üçün ölkəsinə gedən 23 yaşlı müdafiəçi Türkiyəyə qayıda bilmir. Buna səbəb Türkiyə səfirliyinin oyunçuya viza verməməsidir. Avuku komandasının son üç oyununda iştirak edə bilməyib.

"Tuzlaspor"un açıqlamasında bu sözlərə yer verilib:

"Futbolçumuza niyə viza verilmir? Bunun bir açıqlaması var? Səfirlik telefonlarımıza cavab vermir. Futbolçumuz 15 gün ərzində üç rəsmi matçda iştirak etməyib. Türkiyə Futbol Federasiyası niyə səssiz qalıb? "

Qeyd edək ki, "Tuzlaspor"da Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadə də çıxış edir.

Xəbər xətti