"Udineze"nin və Serbiya millisinin yarımmüdafiəçisi Lazar Samarjiç böyük kluba getmək istədiyini açıqlayıb.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Lazar “İnter”ə keçə bilərmiş. Serbiyalı "nerazzura"ya transferinin son anda baş tutmamasını belə izah edib:
"Böyük komandalardan birinə keçməyə hazıram. Mən bunu səbirsizliklə gözləyirəm. "İnter"ə keçidimin baş tutmamasına gəlincə, söhbət puldan getmir, başqa məsələ var. Amma indi bunu müzakirə etməyin mənası yoxdur. Bu il “Udineze”də oynayacam, sonra isə növbəti mərhələyə keçmək istəyirəm".
21 yaşlı futbolçu “Herta”nın yetirməsidir və 2021-ci ildə "Leyptsiq"dən "Udineze"yə keçib.
saytlarin hazirlanmasi