Almaniya klubunun üzvü milliləşdirilə bilər

14:35 - 1 Oktyabr 2023

"Ştutqart"ın müdafiəçisi Valdemar Antonun milliləşdiriləcəyi gözlənilir. 

Sportal.az xəbər verir ki, adıçəkilən futbolçu üçün Rusiya Futbol Federasiyası hərəkətə başlayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Almaniya klubunun üzvünün agenti Artur Bek futbolçunun millidə oynamaq ehtimalını şərh edib:

"İstənilən istiqamətdə qərar qəbul etmək o qədər də asan deyil. Gələcəkdə necə olacağını görəcəyik. Son vaxtlar Antonla Rusiya Premyer Liqasının bir neçə klubu maraqlanır. Təbii ki, Anton gələcəkdə özünü Rusiyada sınamaq maraqlıdır".

Valdemar Özbəkistanda dünyaya gəlib. Tam adı Vladimir Riptsov-Anton olan futbolçu Almaniya vətəndaşlığını aldıqdan sonra soyadında dəyişiklik edilib. 27 yaşlı futbolçu “Hannover”də oynadıqdan sonra 2020-ci ildə “Ştutqart”a keçib. O, Almaniyanın U-21 yığmasının sabiq üzvüdür.

Xəbər xətti