"Neftçi" bəzi futbolçularla yollarını ayırmaqla yanaşı, əksər oyunçuları komandada saxlamağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar"ın Rəhman Hacıyevlə işbirliyinə davam etmək fikrində olduğu bildirilir.
Belə ki, məşqçilər korpusu Hacıyevin komandada qalmasını istəyir. Buna görə də, paytaxt klubu mövsüm sonunda müqavilə müddəti başa çatacaq oyunçuya yeni təklif irəli sürüb.
Tərəflər arasında razılıq olunarsa, "Neftçi" Rəhmanın müqavilə müddətini daha bir il artıracaq.
saytlarin hazirlanmasi