Cənubi Koreya çempionatında 32-ci turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Qanqvon"un qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Meydana start heyətində çıxan Krivotsyuk sona qədər oynayıb.
"Qanqvon" - "Daejeon" - 1:1
Qollar: Kim 21 - İşida, 19
Qeyd edək ki, "Daejeon" 42 xalla 8-ci pillədədir. Turnir cədvəlinin lideri isə 66 xala malik "Ulsan"dır.
saytlarin hazirlanmasi