"İnter"in müdafiəçisini "Mançester Siti" istəyir

16:52 - 1 Oktyabr 2023

"İnter"in müdafiəçisi Federiko Dimarko karyerasını İngiltərədə davam etdirə bilər.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, italiyalı futbolçu ilə "Mançester Siti" və "Çelsi" maraqlanır.

"İnter" isə Dimarkoya yeni müqavilə təklif edərək onu heyətdə saxlamaq istəyir. İtaliya millisinin 25 yaşlı futbolçusu hələ ki, konkret qərarını açıqlamayıb.

“İnter”in yetirməsi olan futbolçu “Askoli”, “Empoli”, “Sion”, “Parma”, “Verona”da da çıxış edib.
 

Xəbər xətti