"Mançester Yunayted"in futbolçusu: "Çempionlar Liqasının qalibi ola bilərik"

18:14 - 2 Oktyabr 2023

"Mançester Yunayted" Çempionlar Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində doğma meydanda "Qalatasaray"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Rafael Varan matçdan öncə açıqlama verib. Fransalıfutbolçu turnirin qalibi ola biləcəklərini bildirib:

"Məncə, Çempionlar Liqasının qalibi ola bilərik. Bu turnirdə rəqabət yüksək səviyyədədir. Hər detala diqqət etmək lazımdır. Komandamızın keyfiyyəti və oyun fəlsəfəsi var. Mövsümə istədiyimiz kimi başlamadıq. Bəzi məqamlarda inkişaf etməliyik. Ən yaxşı komandalarla rəqabət apara biləcək səviyyədəyik".

Qeyd edək ki, "Mançester Yunayted" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti