FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 5-də keçiriləcək “Klaksvik” Farer adaları) – “Lill” (Fransa) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimləri türkiyəli Mete Kalkavan və Erkan Engin olacaq.
saytlarin hazirlanmasi