Avstriya milli komandasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika (13 oktyabr) və Azərbaycana (16 oktyabr) qarşı keçiriləcək H qrupunun oyunları öncəsi heyətdə gözlənilən itkilərdən danışıb.
Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis aparıcı futbolçuların oynamamaq ehtimalından söz açıb:
"Heyəti yığmaq asan olmadı. Çünki daim pis xəbərlər gəlirdi. Ona görə də daha bir neçə futbolçu dəvət etmək qərarına gəldik. Üç-dörd oyunçu var ki, onların hazır olacağını güman etməliyik. Ən pis halda David Alaba, Stefan Poş, Marsel Sabitzer və Mixail Qriqoriç oynaya bilməyəcək. Onların hamısının əzələsində zədələr var. Biz risk etməyəcəyik və yalnız tam sağlam olanları oyunlara çıxaracağıq".
saytlarin hazirlanmasi