"Union Berlin" Çempionlar Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində öz meydanında "Braqa"nı qəbul edir.
Sportal.az xəbər verir ki, Almaniya təmsilçisinin azarkeşləri bu matçda UEFA-ya etirazlarını bildiriblər. Oyunun Berlin Olimpiya Stadionunda keçirilməsindən narazı qalan yerli fanatlar böyük şüar yazıblar.
Azarkeşlər UEFA-nın yalnız pulu düşündüyünü ifadə ediblər: "İdmanı vecinizə almırsınız. Düşündüyünüz yeganə şey puldur".
Qeyd edək ki, "Union Berlin" Bundesliqada ev oyunlarını "An der Alten Försterei Stadion" stadionunda keçirir. UEFA-nın qərarı ilə komanda Cempionlar Liqası matçlarını bu arenada keçirə bilməyib.
saytlarin hazirlanmasi