"Mançester Yunayted" Çempionlar Liqası qrup mərhələsinin ikinci turunda doğma meydanda "Qalatasaray"a 2:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq matçdan sonra açıqlama verib. Niderlandlı mütəxəssis rəqibin onların səhvlərindən yararlandığını bildirib:
"Heç bir bəhanə yoxdur. Daha yaxşısını etməliyik. Çempionlar Liqasında bu cür səhvlər etməməlisiniz. "Qalatasaray" bizi cəzalandırdı. Hamımız işin içindəyik. Birlikdə daha artığını etməliyik. Rasmus Hoylundun iki möhtəşəm qoluna görə məmnunuq. Amma qələbə qazana bilmədik. Vurduğu qollara görə xoşbəxt ola bilər".
saytlarin hazirlanmasi