"Qalatasaray"ın hücumçusu Mauro İkardi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Mançester Yunayted" üzərində qazanılan (3:2) qələbəni şərh edib.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan argentinalı forvardı hesab 2:2 olarkən reallaşdıra bilmədiyi penaltini də xatırlayıb:
"Penaltini dəqiq yerinə yetirə bilmədiyim üçün özümə çox əsəbiləşmişdim. Amma qalib gəldiyimiz üçün çox şadam. Qol vurmaq üçün növbəti şansım oldu və bundan yararlandım. Bu, “Qalatasaray”ın heyətində Çempionlar Liqasının qrup mərhələsində vurduğum ilk qoldur. Çox xoşbəxtəm".
30 yaşlı forvard 2022-ci ildən “Qalatasaray”da çıxış edir. Onun Türkiyə çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
İkardi "Qalatasaray"ın "Mançester Yunayted"ə qalib gəldiyi görüşdə 81-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.
saytlarin hazirlanmasi