"Komandam Azərbaycanla matçda dominantlıq etməyi bacardı"

17:19 - 4 Oktyabr 2023

Lüksemburqun qadınlardan ibarət milli komandasının baş məşqçisi Kristina Korreya AVRO-2024-ün (U-17) seçmə mərhələsi çərçivəsində Xorvatiyada keçirilmiş görüşdə Azərbaycana(1:0) qalib gəlmələrini şərh edib.

Sportal.az “Contacto”ya istinadən xəbər verir ki, lüksemburqlu mütəxəssis yığmamızla görüşdə dominant tərəf olduqlarını söyləyib:

“Çox aqressiv qarşılaşma oldu. Amma komandam oyunun əhəmiyyətli bir hissəsində dominantlıq etməyi bacardı. Qızları Azərbaycan üzərində qazanılan qələbə münasibətilə təbrik etmək lazımdır. Uzun səfərə baxmayaraq, yorğunluğu aradan qaldırıb yaxşı oyun nümayiş etdirə bildik”.

Qeyd edək ki, Azərbaycan yığması üçüncü qrupda Lüksemburqla yanaşı, Xorvatiya(5 oktyabr) və Malta (8 oktyabr) ilə də qarşılaşacaq.

Xəbər xətti