23 ildən sonra "Barselona"nı tərk etmək qərarı verdi

19:18 - 4 Oktyabr 2023

"Barselona"nın müdafiəçisi Serxi Roberto mövsümün sonunda Kataloniyanı tərk edəcək.

Sportal.az xəbər verir ki, onun müqavilə müddəti 2024-cü il iyunun 30-da başa çatacaq. “Marca”nın məlumatına görə, Joao Kanselunun gəlişindən sonra ehtiyata düşən Roberto komandada qalmaq niyyətində deyil.

İspan futbolçunun müqavilə müddətini daha bir il artırılması opsiyasının olmasına baxmayaraq, Serxinin “Jirona"nın yolunu tutacağı iddia edilir. Bu mövsüm Roberto “Barsa”da cəmi 3 oyuna çıxıb. 31 yaşlı futbolçu "Barselona"nın yetirməsidir və 2010-cu ildən əsas komandada çıxış edir.

Xəbər xətti