BƏƏ-də keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində Türkiyədə təlim-məşq toplanışında olan minifutbol üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv “Tuncay İdman Yurdu” ilə qarşılaşıb.
Görüş millimizin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Millinin qollarını Təmkin Xəlilzadə, Bəxtiyar Soltanov, Seymur Məmmədov (2) vurub.
saytlarin hazirlanmasi