İsveçin "Hekken" klubunun müdafiəçisi Yohan Hammar Avropa Liqasının H qrupunun 2-ci turunun bu gün Göteborqda “Qarabağ”a qarşı keçirəcəkləri oyun haqda danışıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan isveçli futbolçu görüş barədə bunları deyib:
"Ullevidə Avropa Liqasının himnini eşitmək xoş olacaq. Bugünkü oyundan gözləntilərə gəlincə, güclü rəqibə qarşı möhtəşəm oyun olacaq. Bildiyimiz hər şeyi meydanda həyata keçirsək, "Qarabağ"a qalib gəlmək ehtimalımız yüksəkdir".
"Hekken" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi