“Qarabağ”ın yarımmüdafiəçiləri Patrik Andrade və Leandro Andrade Kabo Verde milli komandasına dəvət olunub.
Sportal.az xəbər verir ki, millinin baş məşqçisi Bubitsa 32 nəfərlik siyahıya Ağdam klubunun futbolçularını da daxil edib.
Hər iki futbolçu millilərinin Əlcəzair (12 oktyabr) və Komor adalarına (17 oktyabr) qarşı keçiriləcək yoxlama görüşlərində iştirak etmək imkanı qazanacaq.
saytlarin hazirlanmasi