DÇ-2030-un İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcəyi ilə bağlı xəbər vermişdik.
Sportal.az xəbər verir ki, oyunlar 18 stadionda keçiriləcək. İlk üç oyun Cənubi Amerikada - Uruqvay, Argentina və Paraqvayda baş tutacaq. Bu isə həmin yarışın 100 illiyinə görədir. Dünya çempionatı üçün ən çox stadion İspaniyada istifadə olunacaq - 11.
Portuqaliyada dünya çempionatının oyunları 3, Mərakeşdə isə 1 stadiondan istifadə olunacaq ki, bu da yerli federasiyanın narazılığına səbəb olub. İspaniyanın 2030-cu il dünya çempionatının oyunlarına mütləq ev sahibliyi edəcəyi dəqiqləşən stadionlar bunlardır: "Santiyaqo Bernabeu" (Madrid), "Civitas Metropolitano" (Madrid), "Kamp Nou" (Barselona) və "La Kartuxa" (Sevilya).
Final görüşünün isə Mərakeşdə, Kasablanka şəhərində inşa ediləcək və 2025-ci ilə hazır olacaq yeni stadionda keçiriləcəyi gözlənilir. Arena 90 minlik tutuma malik olacaq.
saytlarin hazirlanmasi