ÇL-də qol vurmuş ən yaşlı ukraynalı ünvanına sahib çıxdı

14:31 - 5 Oktyabr 2023

"Şaxtyor" Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Antverpen"ə səfərdə 3:2 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, bu görüş Donetks təmsilçisinin müdafiəçisi Yaroslav Rakitski üçün yaddaqalan olub.

Məsələ burasındadır ki, adıçəkilən futbolçu bu görüşdə fərqlənməklə mötəbər turnirin qrup mərhələsində fərqlənmiş ən yaşlı ukraynalı oyunçu ünvanına sahib çıxıb.

"Antverpen"lə matçda Rakitsi 34 yaş 62 günlüyündə olub. O, 33 yaş 36 günlüyündə fərqlənmiş Andrey Şevçenkonu qabaqlayıb.

Xəbər xətti