"Hekken" "Qarabağ"la matçda VAR-dan narazı qalıb: "Təkrara baxanda gördüm ki, rəqib mənə qarşı kobud oynayıb"

11:18 - 6 Oktyabr 2023

Avropa Liqasının qrup mərhələsinin “Hekken”- “Qarabağ” görüşündən sonra ev sahiblərinin futbolçuları hakimlikdən narazılıq edib.

Sportal.az "Fotbollskanalen"ə istinadən xəbər verir ki, İsveç klubunun bir neçə futbolçusu oyundan sonra ilk yarıdakı mümkün penalti epizodu ilə bağlı VAR-ın doğru qərar çıxarmadığı üçün kəskin reaksiya verib.

Amur Layuni epizodla bağlı bunları deyib: "Epizodun təkrarını görəndə əsəbləşdim. “Bayer”lə ilk oyunda da eyni hal yaşanmışdı. Epizodu yoxlamaq üçün VAR-a yaxınlaşmırlarsa, ona nə ehtiyac var?".

Sözügedən epizodun “qəhrəman”ı Mikkel Ruqard hakimin səhv qərar verdiyini düşünür: "VAR olduğu üçün düzgün qərarlar verilməlidir. Amma “Qarabağ”la görüşdə lazım olduğu kimi işləmədi. Təəssüf ki, belə alındı. Matçdan sonra epizodun təkrarına baxanda gördüm ki, "Qarabağ"ın futbolçuları cərimə meydançasının daxilində mənə qarşı kobud oynayıb".

Mirbağırağa

Xəbər xətti