"Hekken"in baş məşqçisi: "İlk dəqiqələrdə "Qarabağ"ın qapısına iki penalti təyin olunmalı idi"

11:51 - 6 Oktyabr 2023

İsveçin “Hekken” klubunun baş məşqçisi Per-Matias Heqmo Avropa Liqasının H qrupunun 2-ci turunda “Qarabağ”a Göteborqda məğlubiyyəti (0:1) şərh edib.

Sportal.az xəbər verir ki, norveçli mütəxəssis matçla bağlı bunları deyib:

"Birinci hissədə oyunumuz yaxşı alınmışdısa, fasilədən sonra belə olduğunu deyə bilmərəm. “Qarabağ” futbolçularının təcrübəsi öz sözünü dedi. Kevin Medina və Mateus Silvanı bizə qol vurmağa imkan vermədilər. Halbuki, qol şanslarımız var idi. Belə matçlarda öz şanslarınızı qaçırmamalısınız. Azərbaycan komandası yaxşı müdafiə oluna bilirdi. Hakimlərə gəlincə, məni iki şey təəccübləndirdi. Matçın ilk dəqiqələrində iki penalti təyin olunmalı idi. Marko Yankoviçə isə dirsək zərbəsinə görə qırmızı vərəqə göstərilmədi. İkinci hissədə çoxlu fasilələr yaranmışdı, hakim isə cəmi üç dəqiqə əlavə etdi".

Qeyd edək ki, "Qarabağ" matçın 70-ci dəqiqəsində Juninyonun vurduğu qolla rəqibinə 1:0 qalib gəlib.

Xəbər xətti