Qazaxıstan millisinin baş məşqçisi: "Azərbaycan yığmasında milliləşdirilmiş futbolçular var"

14:17 - 6 Oktyabr 2023

Futzal üzrə Qazaxıstan yığmasının baş məşqçisi Kaka 2024-cü il dünya çempionatının elit-raundunun bu gün Bakıda, oktyabrın 11-də isə Astanada Azərbaycan millisinə qarşı keçiriləcək oyunlarla bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü yerli federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları deyib:

"Düşünürəm ki, hər növbəti matç ən vacib olandır. Ona görə də biz ancaq bu gün Azərbaycana qarşı keçiriləcək matçı düşünürük.Hazırlıqlar yaxşı gedir, futbolçular həmişə olduğu kimi, çox motivasiyalı və məsuliyyətli yanaşırlar. Rəqibimiz üçün sona qədər hazırlaşacağıq. Uşaqlar yaxşı durumdadır.Düşünürəm ki, bu oyunda biz daha yaxşı oyun göstərməliyik. Azərbaycan yaxşı komandadır, milliləşdirilmiş futbolçular, bacarıqlı oyunçuları var. Özü də, evdə oynayacaqlar. Bizim kimi onlar da əsas rəqib hesab olunurlar. Çox maraqlı və yaxşı oyun olacaq".

Xəbər xətti