"Mançester Siti"nin sahibləri İstanbul klubunun səhmlərini alır

17:50 - 7 Oktyabr 2023

"Mançester Siti"nin də sahibi olan "Siti Futbol Qrupu" Türkiyədə klub almaq istəyir.

Sportal.az xəbər verir ki, qətərli iş adamları 2019/2020 mövsümündə çempion olmuş "Başakşehir"ə maraq göstərir. Şirkət İstanbul klubunun səhmlərinin 40 faizini almaq üçün rəsmi təklif göndərib.

Tərəflər arasında danışıqlar prosesi davam edir.

Qeyd edək ki, "Siti Futbol Qrupu" "Mançester Siti" ilə yanaşı, "Boriussiya" (Münhenqladbax), "Nyuyork Siti", "Melburn Siti", "Yokohama Marines", "Montevideo Siti", "Jirona", "Sıçuan Jyunyu", "Mumbay Siti", "Lommel", "Esparens", "Palermo", "Bahia" və "Bolivar Siti"nin sahibidir.

Xəbər xətti