"Trabzonspor" baş məşqçisi Nenad Byelitsanı istefaya yollamağa hazırlaşır.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, rəhbərlik xorvatiyalı ilə bu haqda danışıq aparır.
Qaradəniz təmsilçisi onunla yollarını ayırdığı üçün təzminat da ödəyəcək.
Byelitsanın "Trabzonspor"la müqavilə müddəti 2024/2025 mövsümünün sonunda başa çatacaq.
"Trabzonspor" Türkiyə Superliqasında 8 matçdan sonra 12 xalla 5-ci pillədədir.
saytlarin hazirlanmasi