"Çətin oyun oldu. Birinci hissə daha çox topsuz qaldıq. Meydandakı öz işimizi ikinci yarıda gördük. Fasilədən sonra daha çox hücuma çıxmağa çalışdıq. Səfər oyunu idi. Nəticə bizi qane etdi".
Sportal.az xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 9-cu turunun “Sabah”la(1:1) görüşündən sonra deyib. O, "Sabah"ın bərabərlik qolundan sonrakı vəziyyəti şərh edib:
"Futbolda belə şeylər olur. Qol vuran tərəf psixoloji cəhətdən üstülüyü ələ alır. İki-üç dəqiqə vaxt lazımdır ki, futbolçular durumu geri qaytarsınlar. Bizdə də bu hal yaşandı. Amma şükürlər olsunki, bir xal qazandıq. Xallarımızı çoxaltmalıyıq".
Mirbağırağa
saytlarin hazirlanmasi