"Ərazi üstünlüyü bizim tərəfdə idi. Çoxlu qol fürsətləri yaratdıq. Yenə də, standart vəziyyətdən qol buraxdıq. Amma futbolçularıma əhsən, ruhdan düşmədilər, sona qədər mübarizə apardılar və hesabı bərabərləşdirdilər. Lakin ərazi üstünlüyünə və qol epizodlarının çoxluğuna görə üç xal vermirlər".
Sportal.az xəbər verir ki, bu sözləri "Sabah"In baş məşqçisi Murad Musayev Premyer Liqanın 9-cu turunu "Araz-Naxçıvan"la(1:1) matçından sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Yeni gələnlərin formaya düşməsi üçün daha çox oyuna ehtiyac duyulur. Amma milli komandaların matçlarına görə fasilə yaranacaq. Demək olar ki, bu onlara mane olacaq?
- Ümidvaram ki, bu fasilə bizim xeyrimizə işləyəcək. Amma nəzərə alaq ki, komandanın yarısı bizimlə olmayacaq. Bir-birimizlə anlaşmanı da artırmalıyıq.
- Demək olar ki, “Sabah” yavaş-yavaş geri dönməyə, enişdən çıxmağa başlayır?
- Xalımız çox azdır, qələbə qazanmaq lazımdır. Bəlkə də, bəzən pis oynayaraq üç xal qazanmaq da olar. Ən vacibi qələbələr qazanmağa başlamaqdır.
Mirbağırağa
saytlarin hazirlanmasi