"Zirə" ilə görüşdə Ayxan Abbasovun tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Düzdü, uduzduq, amma oyun bizim üstünlüyümüz şəraitində keçdi. Topa sahib olmağa çalışırdıq. Təbii ki, məğlubiyyətə görə üzgünük".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan-Tovuz"un yarımmüdafiəçisi Xəyal Nəcəfov deyib.
Bölgə klubunun aparıcı üzvü Premyer Liqanın 9-cu turunda "Zirə" ilə qarşılaşmada komandasının məğlubiyyəti haqda danışıb. O, həmin matçda xal qazanmağa yaxın olduqlarını deyib: "Zirə" ilə matçda yaxşı oynadıq. Ən azından bir xal qazana bilərdik. Amma təəssüf ki, bunu reallaşdıra bilmədik. Son turlarda qələbə qazana bilməməyimizə gəlincə, heç bir problemimiz yoxdur. İndi milli komandalara görə çempionata fasilə verilib. Hazırlığımızı davam etdirəcəyik, çalışacağıq ki, qələbələr qazanaq. Daha yaxşı yerlərdə olmağa çalışacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi