"Qalatasaray" və İspaniya millisinin sabiq futbolçusu Albert Riera Fransaya yollanmağa hazırlaşır.
Sportal.az "FootMercato"ya istinadən xəbər verir ki, hazırda Sloveniyanın "Çelye" klubunu çalışdıran ispana "Bordo"dan təklif gəlib.
Fransanın tanınmış klubu hazırda Liqa 2-də çıxış edir və 10 turdan sonra turnir cədvəlində 13-cü pillədədir.
Klub şənbə günü David Quyonu baş məşqçi vəzifəsindən azad edib. "Liverpul", "Qalatasaray" və "Mançester Siti" kimi klublarda oynamış Riera məşqçilik karyerasına da "Qalatasaray"da başlayıb. 2022-ci ilin yayında o, “Olimpiya”ya(Lyublyana) rəhbərlik edib və bir il sonra "Çelye"yə keçib.
saytlarin hazirlanmasi