"Qarabağ" bu cür davam edərsə, qrupdan çıxacağına şübhə etmirəm"

13:34 - 10 Oktyabr 2023

"Qarabağ"ın İsveçdə "Hekken"lə görüşdə uğurlu nəticəsi hamımızı sevindirir. Həqiqətən də, komanda çox yaxşı futbol oynadı və Avropa Liqasında qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazandı. Artıq "Qarabağ" avrokuboklarda çox böyük təcrübə toplayıb. Onlar bundan da istifadə edir, həm də yaxşı futbolçulara malikdir, yaxşı futbol oynayırlar".

Bu sözləri Sportal.az saytına açıqlamasında Böyükağa Ağayev deyib.

"Qarabağ"ın sabiq çalışdırıcısı Azərbaycan çempionunun Avropa Liqasındakı çıxışından danışıb. Təcrübəli mütəxəssis komandanın qrup mərhələsindən çıxmaq şanslarının olduğunu deyib: 

"Qarabağ"ın "Molde" və "Hekken"ə qarşı necə oynadığını hamınız gördüz, onlara afərin. Komandamızın qrupdan çıxmaq şansı var. Bu cür oynamağa davam etsələr, qrupdan çıxacaqlar, buna şübhə etmirəm. Doğrudur, qrupda "Bayer" kimi güclü rəqib var. Onlarla görüşlərin daha fərqli alınacağını düşünürəm. Hər halda, "Bayer" daha çox hücum etməyə çalışacaq, top saxlamaq istəyəcək. Amma istənilən halda, "Qarabağ"a inanırıq və çətin olsa da, qrupdan çıxacağına ümidliyik. Komanda çox yaxşı futbol oynayır və qrupdan çıxa biləcəyəinə inanıram".

Mirbağırağa

Xəbər xətti