“Neftçi”nin müdafiəçisi Yuri Matias BƏƏ-yə yollanıb.
Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi milli komandalara görə ölkə çempionatına verilən fasilədən istifadə edərək Dubaya uçub. O, bir neçə günlük istirahətdən sonra Azərbaycana qayıdaraq “Neftçi”nin düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, 28 yaşlı futbolçu bu yay “Neftçi” ilə iki illik müqavilə imzalayıb. O, ölkəmizə gələnə kimi “Akademika”(Portuqaliya), “Traktor”(İran), “Qaz Metan”, “ÇFR Kluj”(hər ikisi Rumıniya) klublarında oynamışdı.
Mirbağırağa
saytlarin hazirlanmasi