İsveç millisinin baş məşqçisi Yanne Andersson Yens Anderssonun yığmadan ayrılaraq “Neftçi”yə keçidinə təəssüfləndiyini bildirib.
Sportal.az “Fotbollskanalen”ə istinadən xəbər verir ki, millinin baş məşqçisi Bakı klubunun yeni idman direktoru haqda bunları deyib:
"Yensin bizi tərk etməsi üzücüdür. Çünki o, bizə lazım olan bir çox keyfiyyətlərə malikdir. Yens həm klub futbolunda, həm də İsveç elit futbolunda böyük təcrübəyə malikdir. Onun bizə lazım olan böyük və geniş səriştəsi var idi".
Qeyd edək ki, Andersson Bakı klubunun yeni idman direktoru olub.
Mirbağırağa
saytlarin hazirlanmasi