"Qarabağ"ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov müştərisinin Bakıdakı həyatından danışıb.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına açıqlama verən Smirnov bunları deyib:
"Andreyi Azərbaycanda hər şey razı salır. Bakı çox inkişaf etmiş və gözəl, möhtəşəm sahil şəhəridir, heyrətamiz də mətbəxləri var. Rahat yaşamaq üçün hər şeyə sahibdirlər. Ora pul yatırılır, çoxlu binalar, o cümlədən dəbdəbəli mənzillər tikilir. Leverkuzenlə müqayisədə onun üçün Bakıda yaşamaq daha rahatdır. Əsas üstünlük dıə dillə bağlıdır. Rus dilində asanlıqla ünsiyyət qurmaq olar. Onu hamı başa düşür: məşqçilər korpusu, futbolçular. Alman və ya ingilis dillərində deyil, ana dilinizdə komandada ünsiyyət qurmaq çox rahatdır. Bu, uyğunlaşmanı asanlaşdırır. Andrey ən çox hansı komanda üzvü ilə ünsiyyət qurur? Hamı ilə yaxşı münasibəti var. Həmişə olduğu kimi, yəqin ki, qapıçılarla daha çox ünsiyyətdə olur. Onlar məşqdə daha çox vaxt keçirir və birlikdə işləyirlər. Bazada Andrey Amin Ramazanovla bir otaqda qalır. O, “Lokomotiv”in (Moskva) yetirməsidir".
saytlarin hazirlanmasi