Estoniya millisinin müdafiəçisi Maksim Paskoçi AVRO-2024-ün seçmə mərhələsində F qrupunda Azərbaycan yığması ilə Tallində keçiriləcək oyunla bağlı fikirlərini bildirib.
Sportal.az “ERR” portalına istinadən xəbər verir ki, "Qrasshopper"in futbolçusu azarkeşləri sevindirə biləcəklərini söyləyib:
"Düşünürəm ki, Azərbaycanla oyunda ilk dəqiqədən təşəbbüsü ələ keçirə bilsək və ya enerjini artırsaq, hər şey başqa cür alınar. Əvvəlki oyunlardakı səhvlərinizi dərk edərək, hər kəsi nəyi düzəltməli, nə üzərində işləməli olduğunu düşünməlidir. Çalışacağıq ki, hər şeyi düzəldək və Azərbaycanla matçda azarkeşləri sevindirək".
Estoniya - Azərbaycan oyunu oktyabrın 13-də “Le Kok Arena”da, saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi