İFFHS klubların dünya reytinqini açıqlayıb.
Sportal.az xəbər verir ki, burada 415 kluba yer verilib.
Ölkəmizi bu siyahıda "Qarabağ", "Sabah" və "Neftçi" təmsil edib.
Azərbaycan çempionu 144,5 xalla dünyada 61-ci pillədədir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ötən ayla müqayisədə 3 pillə irəliləməyi bacarıb. "Sabah" isə 63,5 xalla 302-ci yerdədir. Onlar 16 pillə geriləyib.
"Neftçi" siyahıda 318-cidir. 61,75 xala malik "ağ-qaralar" 7 pilləlik eniş yaşayıb.
Qeyd edək ki, siyahıya 304 xalla "Mançester Siti" rəhbərlik edir.
saytlarin hazirlanmasi