"Napoli"nin rəhbərliyi Antonio Konteni baş məşqçisi postuna əsas namizəd hesab edir.
Sportal.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, rəhbərlik hələ Rudi Qarsiyanı istefaya göndərməyib. Lakin bu istefa yaxın günlərdə baş tuta bilər. Neapollular hazırda A seriyasında 5-ci pillədədir və ÇL-də də “Real”a(Madrid) uduzub.
Məhz bu ay Kontenin "Napoli"yə baş məşqçi təyin ediləcəyi gözlənilir. Artıq tərəflər arasında ilkin danışıq olub.
Antonio Konte bu ilin martından "Tottenhem"dən qovulandan bəri işsizdir. Daha əvvəl “Sevilya” ona təklif göndərsə də, bu keçid baş tutmamışdı.
54 yaşlı mütəxəssis “Bari”, “Atalanta”, “Siena”, “Yuventus”, “Çelsi”, “İnter”lə yanaşı İtaliya millisini də çalışdırıb.
saytlarin hazirlanmasi