"Qarabağ"ın qapıçısı Andrey Lunyovu Rusiyada diqqətlə izləyirlər.
Sportal.az xəbər "РФС"ə istinadən xəbər verir ki, Rusiya milli komandasının qapıçılar üzrə məşqçisi Vitali Kafanov Ağdam klubunun qolkiperinin milliyə qayıtmaq ehtimalını dəyərləndirib.
O, 31 yaşlı qapıçının milliyə namizədlərdən biri hesab edir:
"Andrey Lunyovu da unutmaq olmaz. O, hazırda “Qarabağ”da çox yaxşı performans nümayiş etdirir. Lunyov Avropa Liqasının qrup mərhələsinin ardıcıl iki oyununda qapısını toxunulmaz keçiri. Bazar günü "Neftçi"yə qarşı keçirilmiş (0:2) matçda da çox yaxşı oynadı. Rusiya millisi üçün daha bir namizəd Lunyovdur”
Lunyov "Zenit"də oynadığ dönəmdə, 2017-2018-ci illərdə Rusiya millisinə dəvət edilib və 7 matçda meydana çıxıb, 14 qol buraxıb.
Mirbağırağa
saytlarin hazirlanmasi