Millinin üzvü futboldan uzaqlaşdırıla bilər

14:18 - 11 Oktyabr 2023

"Yuventus"un yarımmüdafiəçisi Nikolo Faqiolinin futboldan uzaqlaşdırılacağı gözlənilir.

Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu qanunsuz mərcdə şübhəli bilinir.

İtaliyalı istintaqa cəlb olunub. Onun üç ilə qədər futboldan uzaqlaşdırılmaq təhlükəsi var. 

Bununla yanaşı, 25 min avro cərimələnəcəyi də ehtimal olunur. İtaliya millisinin üzvü "Yuventus" yetirməsidir. O, 2021-ci ildən Turin klubunun üzvüdür. 2021/2022 mövsümün icarə əsasında "Kremoneze"də keçirib.

Xəbər xətti