"Şimali İrlandiya ilə evdə oynayacağıq. Bu da bizim üçün üstünlükdür. Bakıdakı matçlarda daha istəkli, daha həvəsli oluruq. Rəqiblər barədə məlumatımız var. Hərtərəfli olaraq mübariz ölkəyik. Bu, futbola da aiddir. Şimali İrlandiya və Lüksemburqla görüşlərdə maksimum xal qazanmaq istəyirik. Evdə maksimum nəticə qazanmalıyıq, nail olacağıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında U-21 millisinin futbolçusu Veysəl Rzayev deyib.
Yığma komandamızın aparıcı üzvü AVRO-2025-in seçmə mərhələsi çərçivəsində Bakıda Şimali İrlandiya (12 oktyabr) və Lüksemburq (17 oktyabr) komandalarına qarşı keçiriləcək oyunlardan gözləntilərini bildirib. Bununla yanaşı, Rzayev yığmamızın qrupdakı şanslarını dəyərləndirib:
"Qrupumuzda Serbiya, Ukrayna, İngiltərə kimi güclü komandalar var. Ancaq biz özümüzə inanırıq. Bu matçlarda ölkəmizi ən yaxşı şəkildə təmsil etmək məcburiyyətindəyik. Texniki və güc baxımından güclü ola bilərlər. Lakin biz mübarizədə onlardan geri qalmırıq. Hər bir futbolçu meydanda sona qədər oynayır".
Mirbağırağa
saytlarin hazirlanmasi