Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı

19:10 - 11 Oktyabr 2023

Türkiyənin "Samsunspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki. Super Liqa təmsilçisini Markus Gisdol çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Alman mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Markus Gisdol son olaraq Moskva "Spartak"ını çalışdırıb.

Xəbər xətti