DÇ-2024-ün elit-raundunda növbəti oyunun keçirən Azərbaycan millisi bu dəfə Astanada Qazaxıstanla qarşılaşdı.
Sportal.az xəbər verir ki, oyunun əvvəlində rəqib qapısından ardıcıl 2 top keçirən millimiz üstünlüyünü qoruya bilmədi və yekunda məlub oldu. Hər iki matçda qapını qoruyan komandamızın kapitanı Emin Kürdov azfutzal.az-a açıqlama verib:
"Astanadakı oyun da Bakıdakı matçın davamı oldu. Bu görüşlər sanki bir-birini təkrarladı. Bakıda daha yaxşı oynadıq bu rəqibə qarşı və sübut etdik ki, istənilən milli ilə mübarizə aparacaq gücdəyik. Sadəcə bəxtimiz gətirmədi. İdmanda bəxt amili çox vacibdir. Hər iki görüşdə bəxt onların tərəfində oldu. Zalda da onlar üçün yaxşı atmosfer yaradılmışdı. Hakimlər də öz “sözünü” dedilər. Əsas da Bakıdakı matçı qeyd edərdim. Hesab 1:2 olanda fitlə oyunu saxladılar, ancaq rəqibin topu oğurlayıb qol vurmasına göz yumdular. Bunun müqabilində rəqibdən fair-pley nümunəsi gözləyirdik, təəssüf ki, etmədilər.
Qarşıda 2 oyunumuz qalıb. Bakıda Rumıniyanı, səfərdə isə Niderlandı mütləq məğlub etməliyik ki, seçmə mərhələni ikinci pillədə başa vuraq. Düzdür, itikimiz olacaq. Edu bu dəfə cəzalı duruma düşdü, Rumıniyaya qarşı oyunu buraxacaq. Əvəzində Felipinyo komandanın yanında olacaq. Əlbəttə, istərdik ki, final mərhələsinə birbaşa vəsiqə qazanaq. Amma qeyd etdiyim səbəblər də buna imkan vermədi".
saytlarin hazirlanmasi