"Mançester Yunayted" belçikalı forvardı istəyir

11:32 - 12 Oktyabr 2023

"Leyptsiq"in hücumçusu Loi Openda İngiltərəyə yollanmağa yaxındır. 

Sportal.az “Football Insider”ə istinadən xəbər verir ki, belçikalı hücumçu “Mançester Yunayted”in hədəfindədir.

"Qırmızı şeytanlar" 23 yaşlı forvard üçün danışıqlara start verib. Amma Almaniya klubu Opendanı yanvarda satmaq istəmir. Keçid mövsümün sonunda baş tuta bilər.

23 yaşlı futbolçu “Brügge”, “Vitess”, “Lans”da oynadıqdan sonra 2023-cü ildə “Leyptsiq”ə keçib.

Opendanın "Leyptsiq"lə müqaviləsi 2028-ci il iyunun 30-da başa çatacaq.

Xəbər xətti