Superliqa klubu baş məşqçisini istefaya göndərdi

12:34 - 12 Oktyabr 2023

"Trabzonspor" baş məşqçi postunda dəyişiklik edəcək.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi Nenad Byelitsa ilə yollarını ayırıb.

Xorvatiyalı məşqçinin qüvvədə olan müqaviləsinə xitam verilib. Buna görə də, Superliqa təmsilçisi Byelitsaya təzminat ödəməli olacaq. 

"Trabzonspor" 8 turdan sonra 12 xalla 7-ci pillədədir. Byelitsa "Trabzonspor"a aprelin 18-də baş məşqçi təyin edilmişdi.

Xəbər xətti