UEFA 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Kosovo - İsrail matçını Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salıb.
Sportal.az “UEFA”ya istinadən xəbər verir ki, qarşılaşma oktyabrın 15-də Priştinada keçirilməli idi.
Matçın təxirə salınması İsrail hakimiyyətinin israilli idmançıların ölkədən çıxışına qadağa qoyması ilə bağlıdır.
Bundan əvvəl İsrail və İsveçrə yığmaları arasında oktyabrın 12-də İsraildə baş tutmalı olan görüş noyabrın 15-nə təxirə salınmışdı.
saytlarin hazirlanmasi