İspaniya millisinin baş məşqçisi Luis de la Fuente "Sevilya"nın müdafiəçisi Serxio Ramosun milliyə qayıda biləcəyini deyib.
Sportal.az "AS"a istinadən xəbər verir ki, ispan mütəxəssis məsələ haqda bu cür danışıb:
"Hesab edirəm ki, milliyə çağırılan futbolçulara həmişə hörmətlə yanaşmaq lazımdır. Məncə, Ramos milli ilə vidalaşıb. Amma bizim qapılarımız onun üzünə həmişə açıqdır. Amma bunun təbii olaraq baş verə biləcəyini də başa düşürük".
37 yaşlı futbolçu 2005-2021-ci illərdə İspaniya millisinin formasında 180 matça çıxıb 23 qol vurub.
saytlarin hazirlanmasi