Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
06.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən görüşün hakimlərinin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
07.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Sabah” – “Araz-Naxçıvan” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə “Sabah” klubu 500 manat cərimə edilir (maddə 43.7);
07.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Sabah” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);
08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Sumqayıt” – “Kəpəz” oyununda topdaşıyan rəqib künc zərbəsi başlayarkən topu kənara atdığına görə “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 74.3);
08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Neftçi” klubunun məşqçisi Sənan Qurbanov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Neftçi” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 42.3, 32);
08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyunu bitdikdən sonra “Neftçi” klubunun məşqçisi Miodraq Todorov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Neftçi” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 42.3, 32);
08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyununda fotoqraflar mövqelərini dəyişdiyinə və icazə verilməyən yerlərdən çəkiliş apardıqlarına görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 96);
08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyununda miks zona düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna, həmçinin futbolçular avtobusa rahat daxil ola bilmədiyinə görə “Neftçi” klubuna xəbərdarlıq edilir (maddə 11);
08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 27 nömrəli futbolçusu Toral Bayramovun formasının rəqəmləri fərqli olduğuna görə “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 75.4);
08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyununun 78-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 43.7);
saytlarin hazirlanmasi