Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Hakim Ziyeş sıradan çıxıb. Mərakeş millisinin düşərgəsində olan 30 yaşlı vingerin əzələsində yırtıq aşkarlanıb.
Ulduz futbolçu yığmanın toplanışını tərk edib və müalicə almaq üçün İstunbula gedib.
Hakim Ziyeş Super Liqanın 9-cu turunun 21 oktyabr tarixində "Beşiktaş"la keçiriləcək derbi matçında iştirak etməyəcək.
saytlarin hazirlanmasi