Estoniyanın qapıçısı: "Azərbaycan millisinin üzvləri topa nəzarət etməyi yaxşı bacarırlar"

09:49 - 13 Oktyabr 2023

Estoniya milli komandasının qapıçısı Karl Yakob Heyn AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Tallinndə Azərbaycana qarşı keçiriləcək F qrupunun oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az “ERR”ə istinadən xəbər verir ki, "Arsenal"ın da 21 yaşlı qolkiperi Azərbaycanla bağlı bunları deyib:

"Bazar ertəsindən məşq edirik və Azərbaycanla görüşə hazırlaşırıq. Şübhəsiz ki, bərabərsəviyyəli oyun olacaq. Həftə ərzində tətbiq etdiklərimizi həyata keçirməyə çalışacağıq. Keçmiş səhvləri təkrarlamamaq üçün düzəlişlər və təhlillər etdik. İyun ayında Bakıda keçirilən matçla (1:1) müqayisədə nə dəyişəcək? Hər iki hissəni bərabər oynamalıyıq. Təəssüf ki, Azərbaycanda ikinci hissədə o qədər də yaxşı oynamamışdıq, qoldan sonra təşəbbüsü əldən vermişdik və azərbaycanlılar taktiki dəyişikliklər etmişdi. Hər şeyə hazır olmağa çalışacağıq. Doğma stadion və azarkeşlərimiz 90 dəqiqə çox çalışmaq üçün bizə mütləq əlavə enerji verəcək. Azərbaycan millisinin üzvləri topa nəzarət etməyi kifayət qədər yaxşı bacarırlar. Ölkənin və digər Avropa ölkələrinin ən yaxşı klublarında oynayan buna uyğun futbolçuları var. Biz hər şeyi düzgün etməliyik. İntensivlik, aqressiya və mübarizə lazımdır. Təbii ki, qalib gəlmək üçün qol vurmaq lazımdır".

Estoniya - Azərbaycan matçı bu gün keçiriləcək və görüşə 20:00-da start veriləcək.

Xəbər xətti