Azərbaycan millisinin oyunlarının məkanı bəlli oldu

12:18 - 13 Oktyabr 2023

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi növbəti iki oyunun məkanı müəyyənləşib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, oktyabrın 27-də səfərdə Farer adaları yığmasına qarşı oyun Klaksvik şəhərindəki “Djupumyru” stadionunda, 31-də Monteneqro millisinə qarşı matç isə “Dalğa Arena”da təşkil olunacaq.

Farer adaları – Azərbaycan
27 oktyabr. Klaksvik. “Djupumyru” stadionu. Saat 17:00
Baş hakim: Jelena Jermolajeva
Baş hakimin köməkçiləri: Liga Didrike, Diana Vanaga
Dördüncü hakim: Darja Voitehoviça
(Hakimlər briqadası Latviyadandır)

Azərbaycan – Monteneqro
31 oktyabr. “Dalğa Arena”. Saat 16:00
Baş hakim: Anastasiya Romanyuk
Baş hakimin köməkçiləri: Oleksandra Vdovina, İryna Petrova
Dördüncü hakim: Kristina Kozoroh
(Hakimlər briqadası Ukraynadandır)

Xəbər xətti